Taxtabitiləri kiçik baş və yastı oval formalı bədənə
sahibdir. Əsasən qırmızımtıl tünd qəhvəyi rəngdə , 4 və ya 5 mm uzunluğunda
olurlar. Qanla qidalanan taxtabitilərin rəngi qanı sovurduqdan sonra daha da
tündləşir. Əlverişli şəraitdə taxtabitilər 300 günə qədər
həyat sürdürür.
Çoxalması:
Taxtabitilər yumurtlayaraq çoxalır. Dişi taxtsbiti gün ərzində
bir ilə beş arası yumurta yumurtlayır.
Yumurtalar sürətlə inkişaf edir. Yumurtalar sürfələrə çevrilir.
Taxtabiti yumurtaları ağımtıl krem rəngdə olub, düyüyə bənzəyir. Dişi taxtabiti
yaşamını davam etdirdiyi vaxt ərzində 200-300 yumurta yumurtlayır. Taxtabiti
sürfələrinin rəngləri onlar inkişaf etdikcə daha da tündləşir.
Taxtabiti izi:
Gecələri fəaliyyət göstərən
taxtabitilər yatmış insanların qanları ilə qidalanırlar. Taxtabitilərə
yorğan-döşəklərin arasında, çantaların içində, evdə yaranmış olan çatlaqlarda, parçaların
içərisində rast gəlmək mümkündür. Dişlədikləri bölgələrdə qırmızı, kiçik şişlər
yaranır. Yoluxucu xəstəliklərin daşıyıcısı olan taxtabitilər qansoran zaman
insanlarda narahatlıq hissi yaradır və alergik simptonlar göstərmələrinə səbəb
olur.