Ağcaqanadlar – çoxlu sayda olan qan soran həşəratlardır. Onların 100-dən çox müxtəlif növləri var. Ağcaqanadlar bir sıra təhlükəli xəstəliklərin daşıyıcısı ola bilərlər. Yoluxma dişləmə zamanı insan orqanizminə daxil olan yoluxmuş tüpürcək vasitəsilə baş verir. Onlar sarılıq, malyariya, yatalaq və ensefalit kimi xəstəliklər yaya bilərlər. Hər il malyariya ağcaqanadı 600 milyon insanı yoluxdurur və onlardan 1 milyonu həmin xəstəlikdən ölür.
Adi ağcaqanadların dişləməsi nəticəsində dəridə qıcıqlanma və allergiya reaksiyası əmələ gəlir. Həmçinin ağcaqanadlar – gecə həşəratlarıdır, ona görə də onlar insanları sağlam yuxu və istirahət imkanlarından məhrum edirlər. Ağcaqanadlar təbiət qoynunda, su hövzələrinin yanında istirahət haqqında pis təəssürat oyada bilərlər. Məhz buna görə də ağcaqanadlarla mübarizə insan üçün zəruri tədbirlərdən biridir.
Çox zaman dişi ağcaqanadlar yaşayış və qeyri-yaşayış sahələrinə daxil olurlar. Həmçinin, necə deyərlər, «zirzəmi» ağcaqanadları da mövcuddur, belə ki, onların sürfələri məhz zirzəmilərdə inkişaf edirlər. Şəhərətrafı sahələrdə insanlar çox vaxt ağcaqanadların kütləvi halda yayılması problemi ilə üzləşirlər. Ağcaqanadlar yaşayış sahələrinə çox yaxın olan müxtəlif su hövzələrində çoxalırlar.
Zirzəmilərdə ağcaqanadların məhv edilməsi, su hövzələrinin və yaxın ərazilərin təmizlənməsi üçün peşəkarların yardımı tələb olunur. ALFA-SS Azərbaycan şirkətinin mütəxəssisləri ağcaqanadların qapalı və açıq məkanlarda məhv edilməsinin təsirli və effektiv metodikasını tətbiq edirlər.