Xəbərlər

Tarakanlar

Preparatory arrangements

 Haqqında:
Tarakanlar tünd qəhvəyi və ya qara rəngdə olurlar. Tarakanların uzunluğu 18-30 mm-dir. Tarakanlar uçabilən həşəratlardır. Qara rəngli tarakanlar Azərbaycanda geniş yayılmış növlərdəndir.  Tarakanlar daha çox kanalizasiya borularında, nəmli, rütubətli, qaranlıq yerlərdə yaşayır və çoxalır. Bəzi tarakan növləri isə ağaclarda məskunlaşır. Yemək artıqları, qablaşdırılma zamanı istifadı olunan materiallar, mebel, kağız vasitəsi ilə qidalanırlar. Tarakanlar çox dayanıqlı həşəratlardır. Başları olmadan bir müddət yaşaya bilirlər.




Çoxalması:

Tarakanlar sürətlə çoxalır. Yumurtlayara çoxalan tarakanlar öz yumurtaları üçün kapsula formasında qoruyucu kisəcklər hazırlayır.  Kapsulalar hazır olduqdan sonra dişi tarakanlar bu kapsulaları isti və nəm bölgələrə buraxırlar.  Bir tarakanın yumurta kapsulasında ortalama 16-18 yumurta olur.  Yumurtalar çatladıqdan sonra kapsuladan bala tarakanlar çıxır. Bala tarakanlar böyüdükcə qabıq dəyişdirir. Əgər qidalanmaları üçün yemək bol olarsa tarakan balaları 5 ay ərzində yetkinlik dövrlərinə çatır.




Tarakan izi:

Tarakanların dişləməsi çox ağrılı olur. Tarakanlar əsasən hərəkətsi qalan yataq xəstələrini və körpə uşaqları daha çox dişləyirlər.  Tarakan dişləməkdən əlavə  qidaların üzərində gəzərək də insan sağlamlığına ziyan verir. Tarakanlar əsasən zibil olan yerlərdə məskunlaşdığı üçün pənçələrində müxtəlif mikrobları daşıyırlar. 




Tarakanlardan necə qurtulmaq olar?
 
Evdə və ya ofisdə tarakanların olduğunu onların buraxdığı su izlərindən, xoşəgəlməz qoxudan və tez tez qabıq dəyişdirdikləri üçün ortalıqda buraxdıqları dəriləridən bilmək olar. Tarakanlar sürətlə çoxaldıqları üçün onlardan qurtulmanın tək yolu mütəxəsisləri çağırmaqdır.