Xəbərlər

Siçanlar

Preparatory arrangements

Siçanlar açıq qəhvəyi və ya boz ilə qara arasında bir rəngdə qısa tükləri vardır. Siçanların qarın hissəsi kürəyinə nəzərən daha açıq rənglidir. Qulaqlarında, əl və ayaqlarında və quyruqlarında tükcüklər çox xırda, seyrəkdir.  Yetkin siçanlar burunlarından quyruq uclarına qədər 20 sm uzunluğa və 12-30 qram çəkiyə malikdirlər. Siçanların təbiətdə ömürləri 12-18 aya qədər olur. Buna baxmayaraq siçanlar qəfəsdə saxlanılarsa 2-3 ilə qədər yaşaya bilirlər. Siçanlar taxıl, ot, qida qırıntısı, böcək və bu kimi yeməklərlə qidalanırlar.

Çoxalması:

Saiçanlar məməli sinfinə daxildirlər. Yaşadıqları vaxt ərzində 3-6 dəfə doğum gerçəkləşdirir, hər dəfəsində isə 6-10 bala dünyaya gətirirlər. 3 həftəlik hamiləlik dövründən sonra dünyaya gələn bala siçanlar 12-16 həftə ərzində yetkinlik hallarına çatırlar.  Yeni dünyaya gəlmiş körpə siçanlar tüksüz, gözləri bağlı şəkildə bütünlüklə analarına bağlı olurlar. 21 gündən sonra süttən kəsilən balalar etrafı kəşf etmək üçün yuvalarından ayrılıb qısa gəzintilər etməyə başlayırlar.

Siçan izi:

Siçanların ağızlarının içində sıralı halda dişləri yerləşməkdədir. Siçanların ön hissədə 4 dişi digərlərinə nisbətən daha uzundur. Siçanların dişlərinin xüsisiliyi çox sərt cismləri belə dişləyə bilmələridir. Siçanlar kabel, dəmir, döşəmə gəmirir, bəzən isə yatmış, hərəkət etməyən insanları və ya heyvanları dişləyirlər.