Xəbərlər

Qarışqalar

Preparatory arrangements

 Haqqında:

Qarışqalar tünd qəhvəyi yaxud qara rəngdə olurlar. İşçi qarışqalar təxmini  4mm, kraliça qarışqa isə 15mm uzunluğunda olur. Bəzi növ qarışqaların qanadları olsa da, bir çox qarışqa növünün qanadları yoxdur. Azərbaycanda 90-a yaxın qarışqa növü məlumdur. Qarışqalar koloniya halında evlərdə, həyətlərdə, divarların içərisində hətta inşaat yerlərinin altında yaşaya bilirlər. Bir qarışqa koloniyasında 300 000 ilə 500 000 arası qarışqa olur. Koloniyanin ömürü uzun olur. İşçi qarışqalar 7 il və kraliça qarışqalar isə 15 ilə qədər yaşaya bilir.



Çoxalması:
Kraliça qaışqalar qışı torpaqda keçirir və yumurtaları baharın son aylarında torpağa buraxırlar. Yumurtalar ağ və şəffaf, oval formasında olur.  1-2 həftə sonra yumurtalar sürfə formasını alır. Qarışqa sürfələrini işçi qaışqalar bəsləyir və böyüdür. Böyüyən sürfələr pup halını alır. Pupların içərisində qarışqaların ayaqları,boynuzları formalaşır. Normalda ağ rəngli olan puplar yaşlandıqca tünd rəngli olmağa başlayır. Pup dövründən sonra yetkin qaışqalar qruplara ayrılır: işçi qarışqalar, qanadlı erkək qarışqalar və kraliça qarışqa


Qarışqa izi
 
 Qarışqa dişləməsi zamanı  insan ağcaqanad dişləməsi ilə müqayisə edilə bilən kiçik bir ağrı hiss edir. Qarışqa dişləməsi zamanı dəridə qızartı və şişkinlik meydana gəlir. Həssas insanlarda qarışqa dişləyən zaman mədə spazmı. qusma, nəfəs alma çətinliyi və s. kimi alergik simptonlar yarana bilər.  



 
Qarışqalardan necə qurtulmaq olar?
·        Qarışqalar yaşamaq üçün nəm yerlərə ehtiyac duyurlar. Bunun üçün də borulardakı və damlardakı su sızıntılarını tapıb təmir etmək lazımdır.
·        Qida və su töküntülərini təmizləmək, mümkün olduğu qədər hava keçirməz saxlama qablarından istifadə etmək, əgər ev heyvanınız varsa, yeyilməyən yeməyi götürmək lazımdır.
·        Qarışqalardan qurtulmaq üçün həşəratları cəzb edən həşərat yemlərindən istifadə etmək lazımdır. İşçi qarışqalar bu yemləri qida mənbəyi hesab edib sürfələrə, erkək və kraliça qarışqalara aparır. Qarışqaları yox etmək üçün bütün koloniyanı məhv etmək lazımdır. Qarışqalar bəzi üzvlərinin öldüyünü bildikdə yuvalarının yerini dəyişirlər. Ona görə də bu proses zamanı diqqətli olmaq lazımdır.