Pest Kontrol (tər.-Həşəratlara Nəzarət) Proqramı – müəssisələrdə
həşəratların yaranması ehtimalının qarşısını almaq üçün monitorinq və gözləm
nöqtələrinin yaradılması proqramıdır.
Müəssisələrdə aparılan dezinseksiya və
deratizasiya tədbirləri həşəratların və gəmiricilərin məhv edilməsini nəzərdə
tutur. Bu tip tədbirlərin mütəmadi aparılması təmiz və sağlam mühitin olmasını
şərtləndirir. Lakin mütəmadi dezinfeksiya tədbirlərinin aparılması ilə
yanaşı Pest Kontrol Proqramının tətbiq edilməsi
müəssisələrdə həşəratların yaranma ehtimalını sıfıra endirmiş olur.
Pest Kontrol Proqramı iki mərhələdən
ibarətdir.
Birinci mərhələdə müəssisənin monitorinqi
işləri həyata keçirilir.Mütəxəssislər tərəfindən müəssisənin ümumi sahəsinə və ətraf
sahələrinə baxış keçirilir, həşəratların daxil ola biləcəyi nöqtələr qeyd
olunur, sanitar-gigiyenik müayinə aparılır. Sonda monitorinqlə bağlı qeydlərin aktı tərtib olunur.
İkinci mərhələdə müəssisədə gözləm nöqtələri
müəyyən olunur və müxtəlif vasitələrdən istifadə etməklə gözləm nöqtələri
yaradılır.
Gözləm nöqtələri yarana biləcək həşərat
və gəmiricilərin qarşısının alınması və problem olması ilə bağlı məlumatın dərhal
alınmasına yardımçı olur.
Gözləm nöqtələrinin yaradılmasında
istifadə olunan vasitələr və avadanlıqlar şirkət tərəfindən alınır və yerləşdirilir.
Mütəmadi olaraq gözləm nöqtələri əməkdaşlar
tərəfindən yoxlanılır və hər hansı məlumat olarsa dərhal müdaxilənin olması həyata
keçirilir.
Biz Pest Kontrol Proqramının tətbiq
edilməsi xidmətlərini müştərilərimizə təmənnasız təklif edirik.