Birələr qanadsız, parlaq və qırmızımtıl qəhvəyi rəngdə, təxmini 2mm uzunluğunda olur. Birələrin qanadları
olmasa da uzağa tullana bilmələri üçün 3 cüt ayaqları vardır. Birələrin ömrü 2 həftədən 8 aya qədər olur.
Birələr qan ilə qidalanan həşəratlardır. Birələrə əsasən it, pişik ,
tülkü, sincab, siçanlar və s. kimi heyvanlarda rast gəlinir. Ev heyvanlarının daha
çox boyun, baş və ayaq hissələrində daha çox məskunlaşırlar.
Çoxalması:
Birələr
yumurta vasitəsi ilə çoxalırlar. Birələr
yumurtalarını heyvanların kürkləri arasında və ya dərisində yerləşdirir. Daha
sonra yumurtalar heyvanlar hərəkət etdikcə xalçanın, yastıqların üzərinə
tökülür və yayılmağa başlayır. Yumurtalar 0.05 mm uzunluğunda olduğu üçün gözlə
rahat görülə bilmir. Yumurtalar
heyvanların dərisinin üzərində deyil, yerdəki çatlaqlarda, xalçaların üzərində
12 gün ərzində böyüyərək sürfələrə çevrilir. Günəşdən və işıqdan uzaq qaçan süfrələrin
18 gün sonrakı mərhələsi isə sürfənin özünü pupa formasına salmasıdır. 2 həftə
sonra puplardan çıxan birələr qidalanmaq üçün yeni qaynaqlar axtarmağa
başlayırlar. Qrup halında evcil, çöl və
vəhşi heyvanların, eləcə də fermada
yaşayan iri və böyük baş heyvanların olduğu bölgələrdə məskunlaşırlar.
Birə
izi:
Heyvanlarda həddən artıq qaşıntı, həmçinin kürklərinin arasında toz
bibərə bənzər qalıntıların olması birələrin olmasına işarədir. Birələr insan bədənində
yaşamasa belə insanların üzərinə tullana və onları dişləyə bilər. Birə dişləyən
zaman dəridə kiçik səpgiyə bənzər qırmızı ləkə yaranır. Birə eyni bölgəni bir
neçə dəfə təkrar dişlədikdə hiss edilə bilinir. Birə dişləməsi zamanı ağrı olmur lakin
dəridə qaşınmalar meydana gəlir.